TURİZM

Boeing-lə bağlı yeni araşdırma başladı

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Boeing-in 787 Dreamliner təyyarələri üçün yoxlama prosesləri ilə bağlı araşdırmaya başlayıb.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamada, Boeing-in könüllü olaraq adekvat əlaqə və bəzi 787 Dreamliner təyyarələrində qanadlarla gövdə arasında problem olduğuna dair lazımi yoxlamaları  tamamlamadığını bildirməsinin ardından aprel ayında şirkətə qarşı istintaq başladıldığı ifadə edildi.

Açıqlamada, Boeing-in yoxlamaları tamamlayıb tamamlamadığı və şirkət işçilərinin təyyarə qeydlərini saxtalaşdırıb məhv etmədiyinin araşdırıldığı, həmçinin şirkətin istehsal sistemindəki 787 təyyarənin hamısını yenidən yoxladığı və bunun üçün bir plan yaratması lazım olduğu ifadə edildi. 

Açıqlamada, FAA-nın araşdırma davam edərkən hava yolu sərnişinlərinin təhlükəsizliyini təmin etmək üçün hər cür tədbir görəcəyi vurğulanıb.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)