Ermənistan Aİ-yə üzvlüklə bağlı imzatoplama kampaniyasına başlaya bilər
“Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsinin qəbul edilməsi məqsədilə təşəbbüs qrupunun yaradılması barədə qərar Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.
Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə MSK-nın mətbuat xidməti məlumat yayıb.
Sənəd 51 vətəndaşdan ibarət qrup tərəfindən təqdim edilib. Onlar Respublika Partiyasının sədr müavini Artak Zeynalyanı səlahiyyətli nümayəndə təyin ediblər.
MSK 10 gün ərzində təşəbbüsü qeydiyyata ala və ya rədd edə bilər.
Daha əvvəl parlamentin spikeri Alen Simonyan Latviyaya səfəri zamanı bildirmişdi ki, Ermənistan yaxın vaxtlarda Aİ-yə mümkün üzvlük məsələsini referenduma çıxara bilər.