Bank

Taleh Kazımov: "Naxçıvan Bank" kredit portfelinin bir hissəsini "Kapital Bank"a satıb"

Azərbaycanın yeganə regional bankı "Naxçıvan Bank" ASC-nin maliyyə balansı yaxşıdır və heç bir maliyyə problemi yoxdur.

Bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, "Naxçıvan Bank" kredit portfelinin bir hissəsini "Kapital Bank" ASC-yə satıb: "Bu səhmdarların qərarıdır. Hazırda da səhmdarlar müəyyən məsələləri müzakirə edib qərarlar verəcəklər. Ancaq bankın fəaliyyətində, maliyyə dayanıqlılığında bir problem yoxdur".

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmlərinin "Kapital Bank"a ötürülməsindən öncə 63,66 %-i Hüseyn Məmmədova, 26,52 %-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82 %-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsus idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)