"Aqrar birja bu ilin sonuna qədər fəaliyyətə başlayacaq"
Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin (DATŞ) "Kənddən Şəhərə" layihəsi çərçivəsində yaradılan aqrar birja bu ilin sonuna qədər fəaliyyətə başlayacaq.
Bi.az xəbər verir ki, bu barədə şirkətin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mayis Musayev bildirib.
Onun sözlərinə görə, hazırda bu məqsədlə proqram təminatı hazırlanır: "Fermerlər internetlə istehsal etdikləri məhsullar barədə məlumatları, o cümlədən onların qiymətlərini birjaya daxil edəcəklər. Həmin məlumatları potensial müştərilərə görəcəklər. Bunun da kənd təsərrüfatı məhsullarının satıcıları və alıcıları vahid platformada birləşəcək".
Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 11-də Qubada səfərdə olarkən ona bu layihə barədə məlumat verilib.