Avtomobil

Çinin elektrik avtomobil istehsalçısının xalis mənfəəti 32,8 faiz artdı

Dünyanın ən böyük elektrik avtomobil istehsalçısı olan BYD-nin xalis mənfəəti aqressiv qiymət siyasətinə baxmayaraq, ilin ikinci rübündə illik 32,8 faiz artımla 9,1 milyard yuana (1,27 milyard dollar) çatıb. BYD həmçinin gələcəkdə xarici satışların ümumi satışlarının demək olar ki, yarısını təşkil etməsini hədəfləyir.
Çində yerləşən elektrik avtomobil istehsalçısı BYD ilin aprel-iyun dövrü üçün maliyyə nəticələrini açıqlayıb.

Müvafiq olaraq, şirkətin gəlirləri aprel-iyun dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz artaraq 176,2 milyard yuana (24,7 milyard dollar) çatıb.

Qardaş Türkiyəyə 1 milyard dollar sərmayə qoyacağını açıqlayan şirkət, ən çox satılan elektrikli avtomobil modellərində aqressiv endirimlərlə uzun sürən qiymət müharibəsi aparırdı.

Beynəlxalq iştirakını genişləndirən BYD, Alman avtomobil istehsalçısı Volkswagen-i aparıcı avtomobil istehsalçısı kimi çox geridə qoyaraq Çindəki bazar payını xeyli genişləndirdi.

BYD genişlənmiş bazar liderliyi sayəsində ikinci rübdə xalis mənfəətini 30 faizdən çox artırdı.

BYD, şaquli inteqrasiya strategiyası ilə akkumulyator kimi avtomobil istehsalı üçün istifadə etdiyi komponentlərin əksəriyyətini öz müəssisələrində istehsal edir. Şirkət hər il satışlarını 20 faiz artırmağı hədəfləyir.

Çinin ən çox satılan avtomobil istehsalçısı BYD qadağanedici gömrük rüsumlarını aradan qaldırmaq üçün qlobal istehsal mərkəzləri yaratmağa davam edəcəyini bildirir.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)