Nazirin müavinlərinin sayı 5-ə düşdü

İqtisadiyyat nazirinin müavinlərinin sayı azaldılıb.
ENA.azxəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri seçilən Sahib Məmmədov iqtisadiyyat nazirinin müavini vəzifəsindən ayrılıb.
Beləliklə, iqtisadiyyat naziri Mikayıl Cabbarovun müavinlərinin sayı 5-ə düşüb.
Hazırda Mikayıl Cabbarovun birinci müavini Elnur Əliyev, digər 4 müavini isə Rövnəq Abdullayev, Sahib Ələkbərov, Səməd Bəşirli və Anar Axundovdur.
Qeyd edək ki, Sahib Məmmədov 2004–cü ildən İqtisadi İnkişaf Nazirliyində çalışıb. O, 2021-ci ilin dekabrından nazir müavini postunu tuturdu.