Birja

Neft bazarında "Liviya baykot"u davam edir - QİYMƏT (27.08.2024)

Neft bazarında baş verən gərgin geosiyasi proseslərdən sonra vəziyyət sakitləşməyə başlayıb.

Yaxın Şərq və Liviyadakı hadisələrin ardından 81 dolların üzərində test edən Brent nefti həftənin ikinci ticarət günündə 81,31 dollara satılır. ABŞ xam nefti də 77 dolların üstündədir.

Beynəlxalq səviyyədə tanınmayan Liviyanın şərq hökuməti bütün neft yataqlarını bağlamaq, hasilatı və ixracı dayandırmaq qərarına gəlib.

Liviyada Benqazidə yerləşən şərq administrasiyası və Tripolidə yerləşən beynəlxalq səviyyədə tanınan hökumət mərkəzi bankı və neft gəlirlərini ələ keçirmək üçün uzun müddətdir ki, bir-biri ilə mübarizə aparır.

Xəlifə Haftarın rəhbərlik etdiyi Benqazi hökuməti beynəlxalq səviyyədə tanınmasa da, neft yataqlarının əksəriyyətinə nəzarət edir.

Yaxın Şərqdə 100 İsrail döyüş təyyarəsinin həftə sonu Livanın cənubunu vurmasından və Hizbullaha məxsus minlərlə raket buraxılış qurğusunu məhv etməsindən sonra gərginlik yenidən artıb.

İsrail rəsmiləri bu əməliyyatın Hizbullahın iyul ayında yüksək rütbəli bir məmurun öldürülməsinə cavab olaraq ölkəyə hücum edəcəyi ilə bağlı dəqiq kəşfiyyat məlumatları əsasında həyata keçirildiyini açıqlayıb.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)