Gündəm

Rusiyada miqrantlara taksi fəaliyyəti ilə məşğul olmaq qadağan edilib

Rusiya prezidenti Vladimir Putin “Rusiya ərazisində yaşayan xarici vətəndaşların hüquqi statusu haqqında” qanunu imzalayıb.

Bununla da miqrantlarla bağlı bir sıra qadağalar qüvvəyə minib.

Sənədə əsasən, onlara taksi və ictimai nəqliyyat vasitələrini idarə etmək, qida sektorunda çalışmaq, tütün məmulatları və spirtli içkilərin satışını həyata keçirmək, eləcə də məktəbəqədər təhsil müəssisələrində işləmək qadağan edilib.

Bununla yanaşı, Rusiyanın ərazi subyektlərinin rəhbərlərinə ehtiyac olduqda bu qəbildən olan şəxslərə əlavə məhdudiyyətlərin tətbiqi səlahiyyəti verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)