Sosial iqtisadiyyat

İcra başçısına yeni müavinlər təyin olundu

Lənkəran Şəhər İcra Hakimiyyəti aparatına yeni təyinatlar olub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun Sərəncamı ilə aprelin 8-də icra başçısının birinci müavini və başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə yeni təyinatlar olub.

Sərəncama əsasən, Mikayıl Babək oğlu Cəfərzadə icra başçısının birinci müavini, Aqil İlqar oğlu Dadaşov isə başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə təyin olunub və kollektivə təqdim ediliblər.

Qeyd edək ki, hər iki şəxs bu vəzifəyə qədər Lənkəran ŞİH başçısı aparatında məsul vəzifələrdə çalışıblar. M.Cəfərzadə başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, A.Dadaşov isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini vəzifələrində fəaliyyət göstəriblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)