Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 22 milyard 584,9 milyon manat, xərcləri isə 19 milyard 458,4 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 20,3 % və 10,4 % çoxdur.
Son nəticədə 7 ayda büdcədə 3 milyard 126,5 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 2,7 dəfə çoxdur.