Dövlət Xidməti I yarımildə 190 min manat maliyyə sanksiyası tətbiq edib
Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti baxılması başa çatmış işlər üzrə 5 bazar subyektinə qarşı 189,7 min manat maliyyə sanksiyası tətbiq edilməklə müvafiq icrası məcburi göstərişlər verib.
ENA.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yolvermə əlamətlərini 13 bazar subyekti, bir sıra mal və ya xidmətlərin reklamı zamanı reklam qanunvericiliyinin tələblərinin pozulması hallarını isə 20 bazar subyekti könüllü aradan qaldırıb.