Sosial iqtisadiyyat

COP29-la əlaqədar dövlət orqanlarında (qurumlarında) iş rejimi dəyişəcək, bəzilərində distant rejim tətbiq olunacaq - SİYAHI

COP29-la əlaqədar dövlət orqanlarında (qurumlarında) iş rejimi dəyişəcək.

ENA.az-ın APA-ya istinadən xəbərinə görə, bununla bağlı dövlət qurumlarına Nazirlər Kabineti müvafiq tapşırıq verib.

Dövlət qurumlarına (orqanlarına) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar tədbirin əhəmiyyəti, iştirakçıların sayı nəzərə alınaraq, tədbirin yüksək səviyyədə təşkil edilməsi məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aşağıdakıların təmin olunması tapşırılıb:

- dövlət orqanlarında (qurumlarında) işə cəlb edilən işçilərin sayının ən çoxu 30 faizə müəyyən edilməsi, işçilərin qalan 70 faizinin məsafədən (evdən) işləmələrinin təmin edilməsi (COP29-la bağlı tədbirdə iştirak edən və təşkilati işlərə cəlb edilən əməkdaşlar istisna olmaqla);

- Dövlət orqanlarında (qurumlarında) əməkdaşların qrafiki müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsi;

- dövlət orqanlarında (qurumlarında) iş rejiminin (saatlarının) bu məktubun uyğun olaraq tətbiqi təmin edilməsi.

Qeyd edilən dövlət orqanları (qurumları) aşağıdakılardır:

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)