Nazirlər Kabineti vergi güzəştləri ilə bağlı qərar verib
Nazirlər Kabineti 4 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənəd təqdim edən şəxslərə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) ilə yanaşı onların övladları da aid edilib.