Azərbaycanda “TikTok”a qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olacaq - YENİLİK
Azərbaycanda “TikTok”a qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olacaq.
ENA.az Milli.az-a istinadən xəbər verir ki, sözügedən sosial şəbəkədə milli dəyərlərimizə zidd olan videolar, canlı yayımlar bloklanacaq.
Məlumata görə, uyğunsuz hərəkət edən yayımçılar nəzarətə götürüləcəklər.
Bundan başqa, hesaba oturan jetonları rəsmi qaydada, vergi ödəməklə birbaşa banklardan çıxarmaq mümkün olacaq.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə “TikTok”dan əldə edilən gəlirlə “Çirkli pulların yuyulması” məsələsi gündəmə gəlib. Bununla bağlı bir çox məşhur “TikTok” istifadəçiləri saxlanılıb.