Gündəm

Ermənistan “Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya müraciət edib

Ermənistanın paytaxtı İrəvanda “Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb.

Bunu Ermənistan Milli təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 6-da jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərin görə, “Zvarnots" hava limanında rusiyalı sərhədçiləri ermənistanlı hərbçilərin əvəzə etməsi üçün ölkəsinin hər cür imkanı var: “Hakimiyyətin mövqeyi belədir - Ermənistan sərhəd qoşunları hava limanında xidmət göstərməlidir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)