"Goldman Sachs": "Brent"in qiyməti yüksələcək
“Brent” markalı xam neftin bir barrelinin qiyməti 67,5 dollar səviyyəsinə qalxacaq.
ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın analitikləri bu fikirdədir.
Analitiklərə görə, neftin qiyməti 2018-ci ilin son rübündə kəskin enişdən sonra hazırda 64 dollar/barrel səviyyəsində dəyişir. Lakin qarşıdakı aylarda “qara qızıl”ın qiyməti bu səviyyəni ötəcək. Belə ki, ilin ikinci rübündə “Brent”in qiyməti 67,5 dollar/barrelədək artacaq.
Ekspertlərin fikrincə 2019-cu ildə qlobal neft tələbatı gündəlik 1,4 milyon barrel çoxalacaq.