Orxan İsmayılov “Bank Respublika”da yeni yaradılan departamentə direktor təyin edilib
“Bank Respublika” ASC-nin strukturunda daha bir departament yaradılıb, yeni struktura rəhbər təyin edilib.
Məlumata görə, Orxan İsmayılov yeni yaradılan Korporativ müştərilərlə iş departamentinə direktor təyin edilib.
15 ilə yaxın müddətdə bank təcrübəsi olan O.İsmayılov daha öncə “Bank Respublika”da direktor müavini, Korporativ satışlar üzrə menecer vəzifələrində çalışıb.
O.İsmayılov Bank Respublikaya 2018-ci ildən “AccessBank” QSC-dən gəlib.
O.İsmayılov Bakı Dövlət Universitetində “Tətbiqi Riyaziyyat və Kibernetika” üzrə bakalavr dərəcəsi, Azərbaycan Dövlət İqtisad Universitetində MBA “Menecment” ixtisası üzrə magistr dərəcəsi alıb.