Əhalinin dollarda olan əmanətləri azaldı
2024-cü ilin yanvar ayında əhalinin banklardakı əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 1,3% və ya 168,4 milyon manat artıb. Ümumilikdə əmanətlərin həcmi 13 milyard 116,17 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, yanvarda əhalinin milli valyutada əmanətlərinin həcmi 1,3% azalaraq 8 milyard 530,9 milyon manat təşkil edib. Bu, bütün əmanətlərin 65%-idir.
Əhalinin xarici valyutada bank əmanətləri 6,6% azalıb və 4 milyard 585,27 milyon manata düşüb. Bu, bütün əmanətlərin 35%-i deməkdir. Ümumilikdə 2023-cü ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 33,2%-dir.
Yanvarın sonuna rezidentlərin banklardakı əmanətlərinin həcmi 11 milyard 842,5 milyon manatdır. Bu. 1,2% artım deməkdir. Qeyri-rezidentlərin əmanətlərinin həcmi 1 milyard 273,6 milyon manat təşkil edir və burada artım 2,5%-dir.
2024-cü il yanvarın 31-nə banklarda əmanət və depozitlərin həcmi 37 milyard 588,9 milyon manat təşkil edir ki, bu da 2023-cü ilin sonuna olan göstəricidən 1,7% çoxdur.