Dünya birjaları 10 trilyon dollardan çox dəyər itirdi
Qlobal iqtisadi artımda yavaşlamanın yaşandığı 2018-ci ildə geosiyasi risklər, ticarət müharibəsi, pul siyasəti ilə bağlı narahatlıqlar və digər amillərin təsiri ilə dünya birjaları 10,8 trilyon dollar dəyər itirib.
"BI" xarici KİV-ə istinadən xəbər verir ki, birjaları ən çox dəyərdən düşən ölkələr isə ABŞ və Çin olub.
Belə ki, 2017-ci ilin sonunda 85 trln. 313 mlrd. 733,1 mln. dollar olan dünya birjalarının dəyəri, 2018-ci ildə 74 trln. 516 mlrd. 766,5 mln. dollara geriləyib. Bu isə 1 il ərzində azalmanın 12,7% və ya 10 trln. 797 mlrd. dollar olduğunu göstərib.
ABŞ-ın fond birjalarının dəyəri 2018-ci ildə 6,3% azalaraq 36 trln. 517,1 mlrd. dollardan 34 trln. 206,1 mlrd. dollara düşüb.
Çinin "Şenzen" birjasında 1 trln. 216 mlrd. 176,4 mln. dollarlıq, "Şanxay" birjasında isə 1 trln. 170 mlrd. 211 mln. dollarlıq dəyər itkisi olub.