Almaniya XİN rəhbəri Ermənistana gedir
Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 19-da Ermənistana işgüzar səfər edəcək.
ENA.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.
Onun sözlərinə görə, Ermənistan XİN-də Berbokun erməni həmkarı Ararat Mirzoyanla təkbətək və geniş formatda görüşü keçiriləcək.
Berbokun Azərbaycana da səfəri gözlənilir.