Bank

"Müştərilər 1 saniyədən də az vaxtda cavab alırlar" - “Kapital Bank” sədri

“Kapital Bank” ASC ötən ilin sonu süni intellekt ilə gücləndirilmiş zəng və “Çat” sorğu xidmətini müştərilərinin istifadəsinə verib.

ENA.az xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Fərid Hüseyov öz sosial hesabında bildirib.

O qeyd edib ki, bu texnologiya sayəsində müraciət edən müştəriləri 1 saniyədən də az vaxtda sorğularına cavab alırlar.

“Bugünədək “Çat” sorğularının 53%-i insan köməyi olmadan həllini tapıb” – deyə, ölkənin ən iri xidmət şəbəkəsinə malik olan bankın rəhbəri qeyd edib.

Müştəri sorğularına uyğun olaraq özünü təkmilləşdirən bu xidmətlə kart balansının və kredit borcunun yoxlanılması, yanlış PİN, 3D təhlükəsizlik kodu və bənzər hallara görə bloklanmış kartın blokdan azad edilməsi kimi əməliyyatları icra etmək mümkündür.

“Əminəm ki, bütün bu təşəbbüslərimiz müştərilərimizə daha sürətli və keyfiyyətli xidməti təmin edəcək”- deyə, Hüseynov qeyd edib.

Bank sədrinə görə, bugün süni intellekt əsaslı texnologiyalar şirkətlərə müxtəlif istiqamətlərdə xidmət keyfiyyətini maksimallaşdırmaq üçün saysız imkanlar yaradır. Biz də bir neçə ildir ki, önəmli addımlar ataraq, süni intellekt əsaslı texnologiyalara investisiya edir, xidmət sahəsində tətbiq etdiyimiz innovasiyalarla seçilirik.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)