İnşaat və əmlak

Tikinti materiallarının istehsalı 35% artıb

2024-cü ilin yanvar ayında Azərbaycanda 82,1 milyon manat ($48,3 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 34,5% çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə respublikada 251,6 min ton sement (artım 23,2%), 2,7 min kubmetr betondan yığma tikinti konstruksiyaları (artım 35%), 1,5 min ton asfalt (azalma 46,4%), 40,6 min kubmetr tikinti kərpici (azalma 1,7%) və 828,7 min kvadratmetr tikinti şüşəsi (artım 11,3 dəfə) istehsal edilib.

Bundan başqa, 345,8 min ton sement klinkeri (azalma 1,8%), 4,6 min ton tikinti gipsi (artım 24,3%), 338,3 milyon ton hazır beton qarışığı (artım 21,8%) və 2 min ton tikinti əhəngi (azalma 57,4%) istehsal edilib.

2023-cü ildə Azərbaycanda 1 milyard 180,3 milyon manat məbləğində (cari məzənnə ilə $694,3 milyon) tikinti materialları istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 31,8% çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)