Azərbaycan Avropaya qaz satan TOP-5 ölkələrdən biridir
Azərbaycan 2023-cü ildə Avropa İttifaqına (Aİ) boru kəməri qazının beşinci əsas tədarükçüsü olub.
Aİ-nin Statistika İdarəsinin (Avrostat) məlumatına əsasən, 2023-cü ildə ilk beşlikdə aşağıdakı ölkələr yer alıb:Əlcəzair – 14,3 milyard avro məbləğində (azalma 19,4%) 1,1 milyon teracoul (azalma 2,7%), Norveç - 17,5 milyard avro məbləğində (azalma 17,5%) 958 min teracoul (artım 21,1%), Böyük Britaniya - 11,3 milyard avro məbləğində (azalma 1,9 dəfə) 767,2 min teracoul (artım 0,8%), Rusiya - 7,8 milyard avro məbləğində (azalma 4 dəfə) 591,6 min teracoul (azalma 1,9 dəfə) və Azərbaycan - 6,2 milyard avro məbləğində (azalma 2,5 dəfə) 492,9 min teracoul (artım 2,5%).