Neft bahalaşır- SON QİYMƏT

Dünya birjalarında neftin qiyməti artıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,26 dollar və ya 0,48% artaraq 54,16 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,39 dollar və ya 0,61% artaraq 64,00 dollar təşkil edib.