Gündəm

MSK səsvermənin ilkin nəticələrini elan etdi

Bu gün Azərbaycanda keçirilən növbədənlənar prezident seçkilərinin ilkin nəticələri elan olunub.

Bu barədə nəticəni Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media nümayəndələri üçün rəhbərlik etdiyi qurumun təşkil etdiyi brifinqdə açıqlayıb.

MSK sədri bildirib ki, ilkin nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,2 faiz,

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79 faiz,

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99 faiz,

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66 faiz,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 faiz,

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,48 faiz səs toplayıb.

“Ötən seçkilərlə müqayisədə bu seçkilərdə 1 milyondan çox seçici iştirak edib. Bu da çox yaxşı nəticədir”, - Məzahir Pənahov qeyd edib. Onun sözlərinə görə, hazırda 3 561-dən çox nəticə daxil olub. “Məntəqələrdən nəticələr daxil olmaqdadır. Hesab edirik ki, bu axşam 90 faizdən artıq məntəqələrdən daxil olan nəticələri elan etmək imkanımız olacaq”, - MSK sədri vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)