Bank

Türkiyə-Rusiya bankının yaradılması müzakirə olunur

Ödəniş köçürmələri ilə bağlı problemlərin həlli çərçivəsində Türkiyə-Rusiya bankının yaradılması məsələsi iki ölkənin müvafiq qurumları tərəfindən müzakirə edilir.

Bu barədə xarici mətbuatda bildirilir.

Bildirilib ki, Türkiyədə bir sıra özəl banklar Rusiya şirkətlərinin hesablarını bağlayıblar. Bu, ABŞ-nin sanksiyaları ilə bağlıdır.

“Türkiyə-Rusiya bankının yaradılması variantı müzakirə olunur və əvvəllər də müzakirə olunub. Bu, məqamlardan biridir. Amma hələlik bu məsələ ilə bağlı heç bir konkretlik yoxdur”, – məlumatlı mənbə belə deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)