Türkiyə Mərkəzi Bankına yeni sədr təyin edildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın sədri Hafizə Qaye Erkanın istefasından sonra onun keçmiş müavini Fatih Karahanı banka rəhbər təyin edib.
Bu barədə Prezidentin hökumətin rəsmi qəzeti “Resmi gazete”də dərc olunan sərəncamında deyilir.
Prezident tərəfindən imzalanan sərəncam dərc olunduğu andan qüvvəyə minib.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının rəhbəri Hafizə Qaye Erkan dünən istefa verib.