Gündəm

AP: London Fələstini İsraillə danışıqlar başa çatanadək tanıya bilər

Böyük Britaniya Qəzza zolağında atəşkəs əldə edildikdən sonra HƏMAS liderləri anklavı tərk edərsə, iki dövlət həlli üzrə danışıqların başa çatmasını gözləmədən müstəqil Fələstin dövlətini rəsmən tanıya bilər.

Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron “Associated Press” agentliyinə müsahibəsində deyib.

Nazir hesab edir ki, bu yolda ilk addım “döyüş əməliyyatlarında fasilədir” ki, bu da nəticədə “daimi və etibarlı atəşkəsə” çevriləcək. O qeyd edib ki, “Qəzzə oktyabrın 7-də İsrailə hücumu həyata keçirmiş insanların nəzarətində olduğu müddətcə münaqişənin iki dövlətli həlli mümkün deyil”.

Kemeronun sözlərinə görə, Fələstinin tanınması “danışıqlar prosesinin lap əvvəlində baş verə bilməz, lakin bu prosesin sonunu gözləmək də lazım deyil”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)