Sosial iqtisadiyyat

Baş nazirdən illik elektrik enerjisi sərfiyyatının həddi ilə bağlı QƏRAR

Nazirlər Kabineti (NK) sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddini müəyyən edib.

ENA.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddi beş milyon kilovat/saat və ondan yuxarı müəyyən edilib.

Qərar 2025-ci il iyulun birindən qüvvəyə minəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)