Qaribaşvili istefa verdi
Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.
ENA.az xəbər verir ki, bu barədə onun özü açıqlama verib.
Siyasətçinin sözlərinə görə, o, indi hakim “Gürcü arzusu” partiyasının sədri postuna namizəd olacaq. “Komanda ilə müzakirə etdiyimiz qərar barədə ictimaiyyəti məlumatlandırmaq istərdim. Bu gün mən baş nazir postunu tərk edirəm”, - deyə Qaribaşvili xüsusi brifinq zamanı bildirib .
Qeyd edək ki, bu gün mətbuatda yazılan məlumatlara görə, Gürcüstanın hökumətində və hakim partiyasında kadr dəyişikliyi gözlənilir.
Məlumata görə, Gürcüstanın baş naziri postunu “Gürcü Arzusu”nun hazırkı sədri İrakli Kobaxidze tutacaq.
İrakli Qaribaşvili 2021-ci il fevralın 22-dən Gürcüstan hökumətinə rəhbərlik edir. Bundan əvvəl o, 2013-2015-ci illərdə də Gürcüstanın baş naziri vəzifəsində çalışıb, həmin vaxt həm də “Gürcü Arzusu”nun sədri olub. 2019-2021-ci illərdə Qaribaşvili Gürcüstanın müdafiə naziri vəzifəsini tutub.