Sənaye

2018-ci ildə “Şahdəniz” yatağının əsaslı xərcləri 2 dəfə azalıb

 2018-ci ildə “Şahdəniz” yatağı üzrə fəaliyyətlərə 578 mln. ABŞ dollarından çox əməliyyat xərcləri şəkilib.

Bu barədə yatağın operatoru olan “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı illik hesabata əsasən xəbər verir.

Məlumata görə, bu, 2017-ci ilin göstəriciləri ilə müqayisədə 127 mln. dollar və ya 28,16% çoxdur.

Ötən il ərzində yataq üzrə təqribən 1,44 mlrd. dollar əsaslı xərclər çəkilib ki, bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə və 1,44 mlrd. dollar ya dəfə azdır.

Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aiddir.

Qeyd edək ki, “Şahdəniz” layihəsində BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department