Biznes ən çox borcu hansı banklardan alıb? - RENKİNQ
Azərbaycan bankları 2023-cü ildə biznes kreditləri portfelini 16,2% artıraraq 12 milyard 616,78 milyon manata çatdırıb. ENA.az xəbər verir ki, biznes kreditlərinin həcminə görə korporativ bankçılıq üzrə lider olan Paşa Bank öndədir. Biznesin ən çox kredit götürdüyü TOP-5 bankların sırasına ABB, Kapital Bank, Xalq Bank və Bank Respublika daxildir. TOP-5 banklar ümumi biznes kreditlərinin 8 milyard 480.1 milyon manatına sahibdirlər və 67,2%-ni tutur.
Eyni zamanda, dövlət vəsaiti hesabına biznes kreditləri portfeli dekabrın 31-nə 999,5 milyon manat səviyyəsində qiymətləndirilir.
Biznes kreditlərinin strukturunda iri sahibkarlıq subyektləri 6 milyard 251,7 milyon manat, orta sahibkarlıq subyektləri 2 milyard 149,65 milyon manat, kiçik sahibkarlıq subyektləri 1 milyard 585,5 milyon manat, mikro sahibkarlıq subyektləri isə 2 milyard 629,9 milyon manat paya malikdir.
Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin sonuna biznes kreditlərinin strukturunda problemli kreditlərin həcmi 2022-ci ilin sonundakı 507,3 milyon manata (4,7%) qarşı 377,98 milyon manat (portfelin 3%-i) səviyyəsində qiymətləndirilir.
Sırası |
Bankların adları |
Biznes kreditlərinin həcmi, mily manatla |
1 |
Paşa Bank |
2594.3 |
2 |
ABB |
2504.6 |
3 |
Kapital Bank |
1349.7 |
4 |
Xalq Bank |
1230.1 |
5 |
Bank Respublika |
801.4 |
6 |
AccessBank |
780.0 |
7 |
Yelo Bank |
483.1 |
8 |
Premium Bank |
385.6 |
9 |
Ziraat Bank Azərbaycan |
375.5 |
10 |
TuranBank |
367.6 |
11 |
Rabitəbank |
345.4 |
12 |
Unibank |
329.4 |
13 |
Azərbaycan Sənaye Bankı |
233.8 |
14 |
Yapı Kredi Bank Azərbaycan |
188.9 |
15 |
Bank of Baku |
148.1 |
16 |
Expressbank |
113.4 |
17 |
Naxçıvanbak |
98.1 |
18 |
AFB Bank |
96.2 |
19 |
Bank BTB |
69.4 |
20 |
Bank Avrasiya |
66.2 |
21 |
Bank VTB |
64.6 |
22 |
Azər-Türk Bank |
47.3 |
23 |
Bank Melli İran Bakı |
0.4 |