Avtomobil

Gömrükdə müsadirə olunan maşınlar ucuz qiymətə satışa çıxarılır – SİYAHI

28 fevral 2024-cü il tarixində saat 10:00-da gömrük hərracına çıxarılan dövlət mülkiyyətinə keçirilmiş nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Məlumata görə, hərrac saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir.

Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 5%-i həcmində beh və iştirak haqqını ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır (hər həftənin cümə axşamı, saat 14:00-17:00). Əmlaklar “Azərterminalkompleks” Birliyinin anbarında yerləşir.

Siyahıda 1-16-cı sırada qeyd olunmuş nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxır. 17-ci sırada qeyd olunmuş texnika 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)