Sosial iqtisadiyyat

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə TƏYİNAT

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub.

ENA.az xəbər verir ki, bu vəzifəyə Nərmin Carçalova təyin edilib.

Nərmin Carçalova Azərbaycan Dillər Universitetində bakalavr dərəcəsi üzrə təhsil alıb və 2013-cü ildə ADA Universitetinin diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr proqramını bitirib. Daha sonra Harvard Kennedy Məktəbinin İctimai Liderlik üzrə ixtisasartırma proqramını (Public Leadership Credential), 2021-2022-ci illərdə isə dünyanın nüfuzlu universitetlərindən olan London Universitet Kollecinin (UCL) Dövlət İdarəetməsi üzrə magistr proqramını “Kənd təsərrüfatına dəstəyin timsalında meşələrin qırılmasına səbəb amillər” mövzusunda dissertasiya işi ilə bitirib.

2013-cü ildən Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlaqələr şöbəsində, Heydər Əliyev Fondunda ətraf mühitin mühafizəsi və iqlim fəaliyyəti üzrə layihələrin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə işləyib. 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28-də Azərbaycan pavilyonunun layihə meneceri olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)