MALİYYƏ

Hesablama Palatası büdcə vəsaitlərinin 100%-ni istifadə edib

2023-cü ildə Hesablama Palatasının saxlanması xərcləri 8 milyon 675,505 min manat təşkil edib. Bu barədə Palatadan məlumat verilib.

Hesablama Palatasının 2023-cü il üçün xərclər smetası 10 milyon 625,965 min manat səviyyəsində təsdiqlənib. Nəticədə, Palatanın büdcəsi təkrar nəzərdən keçirilib və 2,1 milyon manat azalıb və 8 milyon 675,505 min manat məbləğində təsdiq olunub. Beləliklə, 2023-cü ildə vəsaitin 100%-i istifadə edilib.

2023-cü ildə vəsaitlərin əsas həcmi Hesablama Palatası işçilərinin əməkhaqqının ödənilməsinə yönəldilib. Bu məbləğ 7 milyon 661,908 min manat və ya bir il ərzində Palatanın bütün xərclərinin 88,3%-ni təşkil edib

Bundan başqa, məcburi dövlət sosial sığorta haqları 1 milyon 352,782 min manat, əməyin ödənişi ilə bağlı digər pul ödənişləri 640,631 min manat, ölkədaxili ezamiyyə xərcləri 69,094 min manat təşkil edib.

Qalan xərclər digər məqsədlərə yönəldilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)