ABŞ Ermənistan və Azərbaycanı sülh sazişi imzalamağa çağırıb
“Biz Ermənistan və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.
Onun sözlərinə görə, son bir ildə İrəvan və Bakı ciddi irəliləyişlər əldə edib. O, tərəfləri bu sürəti saxlamağa və sülh müqaviləsi bağlamağa çağırıb:
“Ümid edirik ki, Ermənistan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi imzalayacaqlar”.