Goldman Sachs: Neft 120 dollara yüksələ bilər
Goldman Sachs Orta Şərqdə dəniz daşımalarına qarşı hücumların artacağı təqdirdə neftin qiymətinin bir barel üçün 120 dollara qədər yüksələ biləcəyini açıqlayıb.
ENA.az xəbər verir ki, Goldman Sachs-ın Qlobal Əmtəə Araşdırmaları üzrə həmsədri Daan Struyven bölgədə enerji daşımalarında fasilələrin genişlənməsi riskinin artdığını bildirib.
Bankın əsas ssenarisində isə neft tədarükünün normallaşması halında Brent markalı neftin qiymətinin 80 dollara qədər geriləməsi gözlənilir. Brent hazırda təxminən 97 dollar/barel səviyyəsindədir.
Goldman Sachs həmçinin geosiyasi risklərdən qorunmaq üçün investorların təbii qaz və neft məhsullarında mövqe tutmasını tövsiyə edib.
















