Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
ABŞ Prezidenti Donald Tramp iddia edib ki, Ay Birləşmiş Ştatlara məxsusdur.
Məlumata görə, Ağ Ev rəhbəri bununla bağlı "Truth Social"dakı səhifəsindəki paylaşım edib.
Tramp Ayın şəklini "Ay bizimdir" (The Moon is ours-red) başlığı və ABŞ bayrağı ilə paylaşıb.
Xatırladaq ki, ABŞ lideri bir müddət əvvəl Hörmüz boğazının adının "Tramp boğazı" olaraq dəyişdirilməsini təklif edib.















