Sənaye

Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı artıb

2023-cü ildə Azərbaycanda 30 milyon 189,6 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2022-ci ilin göstəricisindən 7,5% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bundan əlavə, 30 milyon 83,1 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib, azalma 7,6% olub.

2023-cü ildə Azərbaycanda 48 milyard 496,7 milyon kubmetr qaz (artım 3,8%), 36 milyard 413,8 milyon kubmetr əmtəəlik qaz (artım 4,2%) hasil edilib.

Dekabrda Azərbaycanda 2,5 milyon tondan çox neft (2022-ci ilin dekabr ayının göstəricisi ilə müqayisədə azalma 10,7% - İF) və 3,3 milyard kubmetr qaz (artım 3,1% - İF) hasil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)