Bank sektorunun qazancı milyardı ötdü
Ötən 2023-cü il Azərbaycanın bank sektoruna düşərli olub. ENA.az xəbər verir ki, sektorun xalis mənfəəti 1 milyard 075,9 milyon manat təşkil edib.
Bu isə 2022-ci illə müqayisədə 17,65 % çoxdur.
Ötən il bankların vergi ödənişinədək olan mənfəəti 1 milyard 381,1 milyon manata çatıb. Mənfəət vergisi ödəmələri isə 308,2 milyon manat (17,9 % çox) təşkil edib.