Gündəm

Yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 14-15-də bəzi ərazilərdə gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yanvarın 14-16-da gecə və səhər saatlarında magistral yolların buz bağlama ehtimalı var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)