Laçında 581 ailəlik yaşayış məntəqəsinin salınması üçün pul ayrıldı

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Heydəroğlu Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.5 milyon manatlıq müqavilə bağlayıb.
Məlumata görə, müqavilədə Laçın rayonunun 581 ailəlik (birinci mərhələdə -150 ailəlik) Güləbird kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1.501.081,34 AZN təşkil edir.