Azərbaycan banklarının xarici borcu artıb
Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri artıb. 2023-cü il on bir ayında bu rəqəm 26,4% artaraq 2 milyard 227,1 milyon manata yüksəlib. Təkcə noyabr ayında bankların xarici öhdəlikləri 4,4% və ya 101,7 milyon manat artıb.
Xatırladaq ki, Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, noyabr ayının sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 2 milyard 825,9 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 2,3 dəfə azdır. Noyabrda bankların xalis xarici aktivləri 329,2 milyon manat və ya 10,4% azalıb.