İlham Əliyevin sabah Rusiyaya səfəri gözlənilir
Azərbaycan Prezidenti İlham Əliyev sabah Rusiyanın Sankt-Peterburq şəhərinə gedəcək.
ENA.az xəbər verir ki, bu barədə RİA-nın Kreml xəbərləri üzrə ixtisaslaşan teleqram kanalı məlumat yayıb.
Qeyd olunub ki, bu, Qarabağda rəsmi Bakının tam suverenliyinin təmin olunmasından sonra Azərbaycan və Ermənistan liderlərinin ilk dəfə eyni toplantıya qatılması olacaq.
Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan da artıq Sankt-Peterburqa Aİİ və MDB toplantılarında iştirak üçün yollanıb. Tərəflər arasında görüşün keçirilib-keçirilməyəcəyi ilə bağlı məlumat yoxdur.
Xatırladaq ki, Belarus lideri Aleksandr Lukaşenko da artıq Rusiyaya gedib.