"Tinkoff Biznes" AZN ilə mədaxil və məxaric əməliyyatlarına başladı
"Tinkoff Biznes" Azərbaycan manatında (AZN) mədaxil və məxaric əməliyyatlarına başlayıb. ENA.az xəbər verir ki, “Tinkoff Biznes”in məlumatında qeyd olunur ki, indi Rusiya şirkətləri Azərbaycan, Belarus, Braziliya, Qırğızıstan və Tacikistandan olan kontragentlərlə “Tinkoff” vasitəsilə milli valyutalarda hesablaşa bilər.
Biznes müştəriləri üçün Azərbaycan manatında (AZN) mədaxil və məxaric əməliyyatlar əlçatandır. Beləliklə, Rusiya şirkətləri biznes tərəfdaşlarına milli valyutalarda ödəniş həyata keçirə bilər və ikiqat konvertasiya səbəbindən faiz itirmir.
"Bir çox Rusiya şirkəti Azərbaycan, Belarus, Braziliya, Qırğızıstan və Tacikistandan olan sahibkarlarla fəal işləyir. Biz müştərilərimizdə yaranan çətinlikləri başa düşürük və buna görə də yeni ölkələrdə banklarla müxbir əlaqələri inkişaf etdirməyə davam edirik. Xarici tərəfdaşlarla hesablaşmaq üçün əlavə valyutalar xarici köçürmələrin daha sürətli və əlavə komissiyalar və ikili konvertasiya zərərləri olmadan edilməsinə kömək edəcək", - “Tinkoff Biznes”in Məhsullar İdarəsinin rəhbəri Leonid Nazarov bildirib.