Sağlamlıq

Səhiyyə Nazirliyinin institutuna direktor təyin edildi

Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor və direktor müavini təyin edilib.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən t.ü.f.d.,dos. Aynur Poluxova institutun direktoru, t.e.d. Nüşabə Pənahova direktorun müavini (müalicə işləri üzrə) vəzifəsinə təyin ediliblər.

Lətif Zeyniyev Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib.

2003-2004-cü illərdə M.Nağıyev adına Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında “Uşaq cərrahiyyəsi” ixtisası üzrə internatura keçib.

2004-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin “Uşaq cərrahlığı” kafedrasında əyani aspirantura təhsili alıb.

2008-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin “Uşaq cərrahlığı” kafedrasında assistent kimi çalışıb.

2010-cu ildə Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Tibb üzrə fəlsəfə doktoru” alimlik dərəcəsini alıb.

2014-2023-cü illərdə Almaniyanın Hannover, Düsseldorf və Ştutqart şəhərlərində uşaq cərrahı olaraq assistent - həkim, mütəxəssis - həkim, baş mütəxəssis - həkim, idarəedici baş mütəxəssis - həkim vəzifələrində fəaliyyət göstərib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)