Prezident Məhərəm Əliyevə yeni VƏZİFƏ VERDİ
Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.
ENA.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə general-polkovnik Məhərrəm Əliyev hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.
Prezidentin daha bir sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.