Hansı qidaların qiymətləri artdı?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO-nun Ərzaq Qiymətləri İndeksi noyabr ayında 120,4 bənd olub. 2022-ci ilin noyabr ayı ilə müqayisədə indeks 10,7 faiz azalıb.
ENA.az xəbər verir ki, taxılın beynəlxalq qiymətlərinin aşağı olması bitki yağının yüksək qiymətlərini kompensasiya edərək, noyabr ayında qlobal ərzaq qiymətlərinin sabit qalmasına səbəb olub.
Bitki Yağı Qiymət İndeksi qlobal palma yağı qiymətlərindəki artım səbəbiylə aylıq bazda yüzdə 3,4 artdı. Beynəlxalq palma yağının qiymətləri noyabr ayında əsas idxalçı ölkələrin alışlarının artması və əsas istehsalçı ölkələrdə mövsümi aşağı hasilat nəticəsində 6 faizdən çox artıb.
Taxıl qiymət indeksi qarğıdalı qiymətlərinin kəskin azalması səbəbindən aylıq 3 faiz, illik bazda isə 19,4 faiz azalıb.
Türkiyə və Rusiyada buğda, ABŞ-da qarğıdalı istehsalı artıb
Şəkər Qiyməti İndeksi, Hindistan və Taylandda istehsal gözləntilərinin pisləşməsi və qlobal ixracın mövcudluğu ilə bağlı artan narahatlıqlar səbəbiylə noyabr ayında aylıq yüzdə 1,4 artdı və keçən ilin eyni ayına görə orta hesabla yüzdə 41,1 yüksəldi.
Eyni dövrdə Şimal-Şərqi Asiya alıcılarının kərə yağı və yağsız süd tozu üçün yüksək idxal tələbi, eləcə də Qərbdə qış tətili ərəfəsində daxili tələbatın artması ilə əlaqədar olaraq Süd Məhsullarının Qiymətləri İndeksi noyabrda aylıq 2,2 faiz artaraq 114,2 bənd təşkil edib.
Ətin qiyməti düşüb
Ət Qiyməti İndeksi də oktyabr ayında təklifin artması ilə yüzdə 0,4 azaldı. FAO həmçinin qlobal istehsal, istehlak, ticarət və fond tendensiyalarının qiymətləndirilməsini özündə əks etdirən Taxıl Təchizatı və Tələbinin Hesabatını dərc edib. Təşkilat bu il qlobal taxıl istehsalı proqnozunu əvvəlki illə müqayisədə 0,9 faiz artaraq 2 milyard 819 milyard tondan 2 milyard 823 milyard tona yüksəldib.
Rusiya və Türkiyədə buğda istehsalına, ABŞ-da qarğıdalı istehsalına yuxarı istiqamətli proqnoz aparıldığı halda, Argentina və Braziliyada istehsal proqnozları aşağı salınıb.