Azərbaycandan xarici bazarlara nar ixracı 37,7% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 4 milyon 298.7 min dollar dəyərində 5 min 27.3 ton nar ixrac edilib.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, qeyd olunan dövrdə nar ixracatı həcm olaraq 37,7%, dəyər olaraq 31,7% artıb.
Qeyd edək ki, ölkədə intensiv nar bağlarının salınması dövlət tərəfindən subsidiyalaşdırılır. Belə bağlar Qarabağ, Şərqi Zəngəzur, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan, Gəncə-Daşkəsən və Dağlıq Şirvan iqtisadi rayonlarında salınır. İntensiv nar bağları vahid ərazidə azı 3 hektar olmaqla, hər hektara minimum 650 ədəd tingin əkildiyi sahələrə şamil edilir.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınmış intensiv nar bağlarının hər hektarına görə dövlət tərəfindən 3000 manat subsidiya verilir.