Mərkəzi Bankı sədri iqtisadçı-ekspertlərlə görüşüb
![](https://ena.az/uploads/news/2023-12/_ena_cd7720bf483c3c0e5a45f7fa8_o.jpg)
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov növbəti dəfə ölkədəki iqtisadçı-ekspertlərlə görüş keçirib.
Bunu AMB-nin sədri "X" sosial şəbəkəsində hesabında bildirib.
"Görüşdən öncə ekspertləri maraqlandıran bir sıra mövzular üzrə AMB-nin nümayəndələrinin məlumat xarakterli təqdimatlar da baş tutdu. Görüş zamanı aktual mövzular üzərində fikir mübadiləsi aparıldı və ekspertləri düşündürən suallara münasibət bildirildi. Növbəti ildə də görüşlərimiz davam edəcək", - deyə o qeyd edib.